XƏBƏRLƏR
MƏLUMAT
"Zirədə Bahar Şəfəqi” adlı festival keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/03/2025 11:53

16-18 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zirə qəsəbə Mədəniyyət Mərkəzində “Zirədə Bahar Şəfəqi” adlı festival keçirilib.

İlk olaraq xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə şənlik iştirakçıları təbrik edilib.

Festivalda “ İnci”, “ Ay” rəqs ansamblları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Zirə çalğıçı ansamblı və müğənnilər çıxış ediblər.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Həmçinin festivalda müxtəlif əl işləri, şirniyyat nümunələri, rəsm sərgiləri təqdim olunub

 

Baxış sayı: 57