XƏBƏRLƏR
MƏLUMAT
Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2026 13:22

Bakı Şəhər Mədəniyəət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbirin əsas məqsədi bəstəkarın zəngin musiqi irsinin təbliği və geniş auditoriyaya çatdırılması olub. Tədbirdə tanınmış və gənc ifaçılar tərəfindən bəstəkarın bir-birindən gözəl mahnıları səsləndirilib.İfa olunan əsərlər tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirdə çıxış edənlər bəstəkar xanımın Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib, onun yaradıcılığının əhəmiyyətini xüsusi vurğulayıblar.

Sonda qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsi milli musiqi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Baxış sayı: 23