XƏBƏRLƏR
MƏLUMAT
"65 illik bir tarix" adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2026 14:44

Bakı şəhəri 17 nömrəli Uşaq Musiqi Məktəbininin 65 illik yubileyinə həsr olunmuş "65 illik bir tarix" adlı hesabat konserti keçirilib.

Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutub.

Konsertdə mədəniyyət işçiləri,musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Aparıcı tədbiri açıq elan edərək, təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verib, əldə olunan nailiyyətlərdən danışıb.

Konseetdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri məktəbin istedadlı şagirdləri tərəfindən məharətlə ifa edilib.

Sonda məktəbin direktoru Samirə İsayeva çıxış edərək, iştirak edən qonaqlara öz təşəkkürünü bildirib və məktəbin müəllimləri sertifikatla təmin olunub.

 

Baxış sayı: 28