XƏBƏRLƏR
MƏLUMAT
Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2026 20:39

Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərindəki məşhur “İçan-Qala” kompleksinin Köhnə Ark meydanında III Beynəlxalq Ləzgi Rəqs Festivalı keçirilib.

Musiqi bayramı Özbəkistan Mədəniyyət Nazirliyi, Xarəzm vilayət hakimiyyətinin təşəbbüsü, UNESCO, TÜRKSOY, Beynəlxalq Festivallar İdarəsi, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası, Kulturoloji Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun dəstəyi ilə baş tutub.

Festivalda dünyanın 30-dan çox ölkəsindən 250-dən artıq iştirakçı iştirak edib.Hər bir iştirakçı öz mədəniyyətini, milli rəqslərini,musiqi və səhnə obrazları vasitəsilə təqdim edərək beynəlxalq mədəni mübadilə mühiti yaradıblar.

Ölkəmizi bu konfransda münsiflər heyətində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycanın Xalq artisti Təranə Muradova, səhnədə isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblı ( bədii rəhbər Səma Sadıqova) və “Cəngi” Estrada-Folklor ansamblnın əməkdaşı Əminə Əliyeva təmsil ediblər.

Müsabiqənin nəticələrinə əsasən “Ən yaxşı solo ifaçı” nominasiyasında Əminə Əliyeva II yerə, “Ən yaxşı qrup” nominasiyasında isə “Səma” rəqs ansamblı II yerə layiq görülüblər. Bütün festival iştirakçılarını təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

 

Baxış sayı: 20