XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2026 19:31

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan və Dağıstan Respublikasının Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına konsert zalında keçirilən tədbirdə Aftandil İsrafilovun ailə üzvləri, görkəmli incəsənət xadimləri, mədəniyyət işçiləri,ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Aftandil İsrafilov Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoymuş nadir sənətkarlardan biridir. Onun qarmon ifası sadəcə bir musiqi nömrəsi deyil, xalq ruhunun, milli yaddaşın canlı ifadəsi kimi yadda qalır. Bu sənət yolunda yetişdirdiyi tələbələr və davamçıları onun yaratdığı ənənəni bu gün də yaşadır.

Bədii hissədə S.Rüstəmov adına 13 nömrəli və 37 nömrəli Uşaq Musiqi Məktəblərinin müəllim və şagirdləri konsert proqramı ilə çıxış ediblər.

 

Baxış sayı: 23