XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2026 23:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin qərargahında bayram tədbiri keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin komandanlığı, müxtəlif mədəniyyət mərkəzlərinin əməkdaşları və digər rəsmilər iştirak ediblər.

Çıxış edənlər xalqımızın milli-mənəvi dəyərlərini, birliyini və fədakarlığını təcəssüm etdirən Qurban bayramının əhəmiyyətindən danışıblar və bayram münasibətilə iştirakçıları təbrik ediblər.

Bədii hissədə tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim edilib. Konsertdə vətənpərvərlik ruhunda mahnılar, milli rəqslər və şən musiqi nömrələri nümayiş olunub.

Baxış sayı: 23