XƏBƏRLƏR
MƏLUMAT
“Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2026 07:48

Bakı şəhər Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Aparıcı Rəbiyyə Babayeva tədbiri açıq elan edərək qonaqları salamlayıb və bayram münasibətilə bütün uşaqları təbrik edib. Qeyd edib ki, bu gün Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür.

Daha sonra məktəbin şagirdləri, beynəlxalq müsabiqələr laureatları konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.

Baxış sayı: 40