XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
17/06/2026 14:04

Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Aparıcı konserti açıq elan edərək,qonaqları salamlayıb və qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələ, ölkədə sabitliyin və inkişafın əsasını qoyan tarixi bir gündür. Məhz bu dönüş sayəsində bu gün güclü və qüdrətli Azərbaycan dövləti uğurla addımlayır.

Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və baş drijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə şagirdlər Azərbaycan və xarici bəstəkarların əsərləri ilə çıxış ediblər.

Baxış sayı: 18