XƏBƏRLƏR
MƏLUMAT
"1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/06/2026 17:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib.

Xətai rayonu, Heydər Əliyev adına parkda keçirilən konsertdə rəsmilər, mədəniyyət işçiləri şəhid və qazi övladları, paytaxt sakinləri iştirak ediblər.

Aparıcı Günay Firudin qızı konserti açıq elan edərək uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıb.

Daha sonra çıxış edənlər dövlət uşaq siyasətindən danışıblar, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində vahid və güclü qanunvericilik bazasının olduğunu diqqətə çatdırıblar.

Konsertdə tanınmış müğənnilər və Xətai rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin istedadlı yetirmələri bir-birindən maraqlı, şən musiqi və rəqs nömrələri təqdim ediblər.

Böyük coşqu və vətənpərvərlik əhval-ruhiyyəsi ilə keçən konsert proqramı sakinlər, xüsusən də balacaların qəlbinə sevinc, üzünə təbəssüm gətirib.

Baxış sayı: 11