XƏBƏRLƏR
MƏLUMAT
“Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2026 13:51

İyunun 2-də Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertdə solo nömrələrlə yanaşı nağaraçalanlar, qanun, vokal , xor ansamblı və birləşmiş xor, Xalq çalğı alətləri orkestri maraqlı ifalar təqdim ediblər.

Sonda məktəbin yaradıcılıq fəaliyyətində fərqlənən müəllimlər Təşəkkürnamə ilə təltif olunublar.

Baxış sayı: 21