XƏBƏRLƏR
MƏLUMAT
"Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2026 23:57

Bakı şəhər Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi və Xəzər Universitetinin birgə layihəsi olan 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib.

Xəzər universitetində keçirilən tədbirdə əvvəlcə məktəbin rəsm şöbəsinin şagirdlərinin əl işlərinə baxış keçirilib.

Daha sonra məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.

Baxış sayı: 20