XƏBƏRLƏR
MƏLUMAT
Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
09/05/2026 08:39

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi Üzeyir Hacıbəylinin Ev Muzeyində Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş konsert proqramı təqdim edib.

Tədbirdə mədəniyyət işçiləri , valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbiri məktəbin fortepiano ixtisası üzrə müəllimi Günel Əzizova açıq elan edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, mədəniyyəti və incəsənəti üçün gördüyü misilsiz xidmətlərdən danışıb.

Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Sonda məktəbin direktoru çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb və konsertdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

 

 

Baxış sayı: 17