XƏBƏRLƏR
MƏLUMAT
“Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/06/2026 23:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib.

Xətai rayon Heydər Əliyev adına parkda təşkil edilmiş konsertdə paytaxt sakinləri və qonaqlar iştirak ediblər.

Yay mövsümündə sakinlərin asudə vaxtının səmərəli təşkili, mədəni istirahətinin təmin olunması və şəhərin ictimai-mədəni həyatının daha da canlandırılması məqsədilə təşkil olunan bu cür tədbirlər artıq xoş ənənəyə çevrilib. 

Tədbir boyunca “Səma” rəqs qrupunun təqdim etdiyi rəngarəng və peşəkar çıxışlar, musiqi və rəqsin harmoniyasını özündə əks etdirən proqram iştirakçılara xoş ovqat bəxş edib. 

Konsert səmimi və yaddaqalan atmosferdə keçərək iştirakçılarda xoş təəssüratlar yaradıb.

 

Baxış sayı: 30