XƏBƏRLƏR
MƏLUMAT
“İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/06/2026 17:11

İyunun 17-də Bakı şəhər Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib.

Tədbirdə insan hüquqlqrı və azadlıqları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib, insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.

Çıxışçılar əlavə edib ki, dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub. Qəbul edilən qanun və qərarlar insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə təminat verir.

Həmçinin kitabxanada mövzu ilə bağlı sərgi təşkil olunub.

Baxış sayı: 21