XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/05/2026 23:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertdə ilk olaraq təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verilib, əldə olunan nailiyyətlərdən danışılıb.

Tədbirdə məktəbin şagirdləri, xor kollektivi Əməkdar artist İlahə Hüseynovanın dirijorluğu və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa ediblər.

Baxış sayı: 19