XƏBƏRLƏR
MƏLUMAT
Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2026 13:08

İyunun 3-də Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində hesabat konserti keçirilib.

Konsertdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları, valideynlər iştirak ediblər.

Tədbir boyunca məktəbin şagirdləri yüksək peşəkarlıq nümayiş etdirərək rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. İstedadlı şagirdlərin ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirin sonunda məktəbin fortepiano ixtisası üzrə müəllimi Arzu Məmmədova məktəbin yaradıcılıq fəaliyyətindəki səmərəli xidmətlərinə və fərqləndiyinə görə Baş İdarə tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

Baxış sayı: 20