XƏBƏRLƏR
MƏLUMAT
“Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2026 09:39

Bakı şəhər Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Şəhərsalma və Memarlıq İli” nə həsr olunmuş “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı Esmira Ağayeva tədbiri açıq elan edərək qonaqları salamlayıb və “Şəhərsalma və Memarlıq İli” haqqında ətraflı məlumat verib.

Daha sonra məktəbin şagirdləri, Beynəlxalq müsabiqələr laureatları konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 22