XƏBƏRLƏR
MƏLUMAT
Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2026 21:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında konsert proqramı ilə çıxış ediblər.

Şagirdləri Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

Konsertdə fortepiano, violin, tar, klarnet,vokal ixtisasları üzrə təhsil alan şagirdlər rəngarəng repertuarla çıxış ediblər.

Məktəbin kiçik xor kolkektivinin ( rəhbər: Nigar Tallbova) çıxışı, müəllim və şagird duetləri dinləyicilər tərəfindən alqışlarlarla qarşılanıb.

Baxış sayı: 21