XƏBƏRLƏR
MƏLUMAT
İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
ÜMÜMİ XƏBƏRLƏR
27/04/2026 22:36

27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb.

Bakı şəhəri üzrə qəbul imtahanları Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbində keçirilir.

Məktəblərə qəbul üçün ümumilikdə 14733 namizəd qeydiyyatdan keçib. Onlardan 12954 nəfəri musiqi, 1 210 nəfəri rəssamlıq, 569 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.

İmtahanlar rayon və şəhərlərdə mərkəzləşdirilmiş formada, aidiyyəti üzrə təşkil olunmuş imtahan mərkəzlərində aparılır.

İmtahan tarixləri, keçirilmə məkanları və digər zəruri məlumatlar valideynlər və namizədlərə qeydiyyat zamanı təqdim olunmuş elektron poçt ünvanları, SMS bildirişləri, eləcə də “MyCulture” vahid şəxsi kabineti vasitəsilə çatdırılıb.

Qəbul prosesi Mədəniyyət Nazirliyi tərəfindən şəffaflıq və obyektivlik prinsipləri əsasında rəqəmsal texnologiyaların tətbiqi ilə təşkil olunur.

Qeyd edək ki, imatahanlar may ayının 5-nə qədər davam edəcək.

 

Baxış sayı: 23