XƏBƏRLƏR
MƏLUMAT
İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2026 11:23

27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir.

Bakı şəhəri üzrə qəbul imtahanları Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbində keçirilir.

Məktəblərə qəbul üçün ümumilikdə 14733 namizəd qeydiyyatdan keçib. Onlardan 12954 nəfəri musiqi, 1 210 nəfəri rəssamlıq, 569 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.

Qəbul prosesi Mədəniyyət Nazirliyi tərəfindən şəffaflıq və obyektivlik prinsipləri əsasında rəqəmsal texnologiyaların tətbiqi ilə təşkil olunur.

Qeyd edək ki, imatahanlar may ayının 5-nə qədər davam edəcək.

Baxış sayı: 22