XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2026 15:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Xətai rayon Heydər Əliyev adına istirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub.

Tədbirdə rəsmilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər.

Konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları, sevilən müğənnilər və gənc ifaçılar tərəfindən Ulu Öndər Heydər Əliyevə, müstəqil Azərbaycana, Vətənə və qəhrəmanlıq ruhuna həsr olunmuş mahnılar səsləndirilib.

Təqdim olunan musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Baxış sayı: 21