XƏBƏRLƏR
MƏLUMAT
“Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2026 18:46

Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib.

Aparıcı, məktəbin nəzəriyyə şöbəsinin müəllimi Aytən Həşimova Milli Qurtuluş Günündən bəhs edən giriş nitqi ilə çıxış edərək tədbiri açıq elan edib.

Daha sonra məktəbin direktoru Sabir Rzayev konsert iştirakçılarını salamlayaraq qeyd edib ki, Milli Qurtuluş Günü xalqımızın birliyini, gücünü və gələcəyə olan inamını özündə əks etdirən əlamətdar bir gündür. 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxışında məktəbin rəhbərliyini, konsertdə əməyi olan bütün müəllim və şagirdləri təbrik edib, uğurlar arzulayıb.

Proqram çərçivəsində “Könül Sədaları” və “Həmahəng” xor kollektivləri, müxtəlif tərkibli instrumental ansambllar və solistlər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Konsertdə ilk dəfə olaraq məktəbin Xalq çalğı alətləri və Kamera orkestrləri solistləri müşayiət edib.

Təqdim olunan bütün musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda məktəbin direktoru , həmçinin bir qrup müəllim Baş İdarənin təşəkkürnamələri ilə təltif olunublar.

 

Baxış sayı: 22