XƏBƏRLƏR
MƏLUMAT
Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2026 10:18

Bakı şəhər Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi Şəhriyar Adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, cazmen, pianoçu, Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.

Konsert Rafiq Babayevin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra bildirilib ki, Rafiq Babayev XX əsrin 60-70-ci illərində musiqi aləminə yeni nəfəs, fərqli baxış gətirən sənətkar kimi tanınır. O, milli musiqi köklərinə bağlı olaraq, Qərb və Şərq musiqi ənənələrinin sintezinin, muğam və xalq melodiyalarının caz ritmləri ilə birləşdirilməsinin əsasını qoymuş musiqi novatorlarından biri idi. Onun çoxsaylı caz, fortepiano, estrada əsərləri, pyes və mahnıları nəinki Azərbaycanda, hətta xaricdə də çox yaxşı tanınır.

Tədbir Rafiq Babayevin Fortepiano üçün bəstələdiyi “Prelüd” və “Postlüd” minatürlərinin ifası ilə davam edib.

 Konsertdə şagird və müəllimlərdən ibarət birləşmiş xor və simfonik orkestrin ifası, məktəbin keçmiş məzunlarının çıxışları tamaşaçıların marağına səbəb olub.

Sonda məktəbin fəal müəllimlərinə Baş İdarə tərəfindən Təşəkkürnamələr təqdim olunub.

Baxış sayı: 16