XƏBƏRLƏR
MƏLUMAT
“Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/06/2026 23:32

Bakı şəhər 27 nömrəli Uşaq Musiqi Məktəbinin H.Abbasov adına Mədəniyyət Mərkəzində 2025/2026-cı tədris ilinin yekunlarına həsr olunmuş “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib.

Konsertdə şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər. Şagirdlərin ifaları qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən məktəbin müəllimləri və direktoru Etibar Abdullayev təşəkkürnamə ilə təltif edilib.

 

Baxış sayı: 20