XƏBƏRLƏR
MƏLUMAT
34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2026 15:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 34 nömrəli Uşaq Musiqi Məktəbi yaranmasının 40 illiyinə həsr olunmuş "40 il - Musiqi , Uğur " adlı konsert proqramı keçirib.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən tədbirdə rəsmilər, mədəniyyət işciləri, musiqisevərlər iştirak ediblər.

Aparıcı qonaqları salamlayaraq bildirib ki, 34 nömrəli Uşaq Musiqi Məktəbi qırx illik fəaliyyəti ərzində təkcə musiqi öyrədən bir məktəb deyil, minlərlə uşağın arzularına yol açan, onların istadadını üzə çıxaran , sənətə və mədəniyyətə sevgi aşılayan bir sənət məbədi olmuşdur.

Konsertdə məktəbin orkestr və xor kollektivləri, şagirdləri çıxış edərək Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.

Baxış sayı: 24