XƏBƏRLƏR
MƏLUMAT
Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
ÜMÜMİ XƏBƏRLƏR
23/06/2026 10:00

Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti keçirilib.

Konserti Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Məktəbin fortepiano, violin, klarnet,tar, qanun, vokal ixtisasları üzrə təhsil alan şagirdləri Avropa və Azərbaycan bəstəkarlarının əsərləri ilə konsertdə çıxış ediblər.

Konsertin sonunda məktəbin birləşmiş xorunun müşayiəti ilə M.Maqomayevin "Odlar yurdu" əsərini vokal ixtisası üzrə XI sinif şagirdləri Cavidan Babazadə, Ramal İbişov və Əməkdar artist İlham Nəzərov səsləndiriblər.

 

Baxış sayı: 22