XƏBƏRLƏR
MƏLUMAT
"Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2026 15:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş "Unudulmayan izlər - Yusif Səmədoğlu" başlığı altında tədbir keçirilib.

Tədbirdə bədii qiraətçi, peşəkar aparıcı Cəbrayıl Qənbər, jurnalist, araşdırmaçı, filolog Validə Vəliyeva, AYB-nin üzvü Şəlalə Niyazlı, şairə Aytəkin Quliyeva iştirak ediblər.

Tədbirin aparıcısı Cəbrayıl Qənbər Xalq yazıçısı haqqında ətraflı məlumat verib. O, Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatında müstəqil düşüncəsi, dərin fəlsəfi baxışı və cəsarətli yaradıcılığı ilə seçilən sənətkar olduğunu vurğulayıb.

Sonra tədbir diskussiya şəkilində davam edib.

Baxış sayı: 21