XƏBƏRLƏR
MƏLUMAT
36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
09/06/2026 23:25

Bakı şəhəri 36 nömrəli Uşaq Musiqi Məktəbinin R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları, müəllimlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında məktəbin istedadlı şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla ifa ediblər. Səsləndirilən musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti məktəbin müəllim və şagird kollektivinin əldə etdiyi uğurların nümayişi olmaqla yanaşı, milli musiqi irsinin gənc nəslə aşılanması istiqamətində görülən işlərin də bariz nümunəsi olub.

 

Baxış sayı: 23