XƏBƏRLƏR
MƏLUMAT
“Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/06/2026 23:14

Bakı şəhər 5 nömrəli Uşaq İncəsənət Məktəbinin Beynəlxalq Muğam Mərkəzində “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib.

Əvvəlcə məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib və qonaqlar gənc rəssamların yaradıcılığı ilə yaxından tanış olublar.

Konsertdə Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə məktəbin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Hesabat konserti məktəbin 45 illik fəaliyyət yolunu, şagirdlərin yaradıcılıq nailiyyətlərini və incəsənətə olan sevgisini bir daha nümayiş etdirib.

Sonda Baş İdarə tərəfindən müəllim heyətinə təşəkkürnamə təqdim olunub.

Baxış sayı: 24