XƏBƏRLƏR
MƏLUMAT
“Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/06/2026 17:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, rayon müəssisələrinin əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra “Milli Qurtuluşdan Zəfərə” adlı videoçarx nümayiş etdirilib.

Çıxışçılar Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində həlledici rolundan danışaraq, qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəni dərin ictimai-siyasi böhrandan xilas edib, müstəqilliyin qorunmasını və dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsini təmin edib. Bu qayıdışla Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında, eləcə də beynəlxalq əlaqələrində mühüm dönüş yaranıb. Ulu Öndər Heydər Əliyev adını tarixə müasir müstəqil Azərbaycanın memarı kimi yazdırıb. Ümummilli Liderin siyasi kursu bugün cənab Prezident, müzəffər ali baş komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Sonda iştirakçılar Qaradağ rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanış olaraq Ulu Öndərin həyat və fəaliyyətini, eləcə də Azərbaycanın müasir inkişaf yolunu əks etdirən eksponatlara baxış keçiriblər.

 

Baxış sayı: 22