XƏBƏRLƏR
MƏLUMAT
“Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2026 08:21

Bakı şəhəri Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında “Musiqi dünyasına səyahət” adlı konsert keçirib.

Konsertdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları, musiqisevərlər və digər qonaqlar iştirak ediblər.

Konsert dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə baş tutub.

Məktəbin şagirdləri, kiçik və birləşmiş xoru, xalq çalğı alətləri ansamblı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə konsertdə çıxış edərək izləyicilərə xoş anlar yaşadıblar.

Sonda məktəbin direktoru Gülşən Quliyeva çıxış edərək konsert proqramının məktəbin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Bu cür tədbirlərin şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılmasında və estetik zövqünün formalaşmasında mühüm rol oynadığını qeyd edib. Konsert proqramında əsərlərin yüksək səviyyədə təqdim olunmasını müəllim və şagirdlərin birgə əməyinin nəticəsi kimi qiymətləndirib.

 

Baxış sayı: 32