XƏBƏRLƏR
MƏLUMAT
1 İyun-Uşaqlar günü qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2026 12:03

Bakı Șəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə uşaqların, xüsusilə də Daun sindromluların hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığı onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyü bildirilib.

Daha sonra H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Klimarası” kukla teatrının təqdimatında “Qırmızı papaq” tamaşası nümayiş olunub, nağıl qəhrəmanları uşaqlarla birlikdə oyunlar keçirib, müğənnilər Günel Zeynalova, Tərlan Xəlilov musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 34