XƏBƏRLƏR
MƏLUMAT
C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
ÜMÜMİ XƏBƏRLƏR
22/06/2026 10:05

Bakı şəhəri C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin 2025/2026- cı tədris ilinin başa çatması ilə əlaqədar hesabat konserti keçirilib.

Tədbirdə məktəbin direktoru Məhin Orucova çıxış edərək qonaqları salamlayıb , tədbirin əhəmiyyəti haqqında danışıb və qonaqları təqdim edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxışında konsert iştirakçılarını təbrik edib, şagirdlərə və onların müəllimlərinə təşəkkürünü bildirib.

Konsert proqramında məktəbin xalq çalğı , orkestr , nağaraçalanlar ansamblı, xor kollektivləri, estrada vokal , fortepiano və tar ifaçıları çıxış edərək tamaşaçılara yaddaqalan musiqi nömrələri təqdim ediblər. Həmçinin məktəbin veteran müəllimi Nazim Muradovun balaban alətində ifası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsert maraqlı və rəngarəng səhnə kompozisiyası ilə yadda qalıb. Tədbirdə nağıl qəhrəmanları Tıq-Tıq xanım, Peter və Muza tamaşaçılara milli və klassik musiqi alətlərini təqdim edərək onların xüsusiyyətləri haqqında məlumat veriblər.

Tədbirin sonunda “Min səs, bir Vətən” layihəsinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə bir sıra şəxslərə təşəkkürnamələr təqdim olunub.

 

Baxış sayı: 22