XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2026 17:45

Hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzləri və muzeylerdə “Açıq qapı” günü elan olunub, mühazirələr və sərgilər təşkil edilib.

 

Baxış sayı: 16