XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2026 23:41

Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin Beynəlxalq Muğam Mərkəzində "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib.

Tədbirin əsas məqsədi şagirdlərin il ərzində əldə etdikləri nailiyyətləri nümayiş etdirmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və gələcək nəsillərin vətənpərvərlik ruhunda formalaşmasına tövhə verməkdir

Konsert proqramında məktəbin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.

Sonda məktəbin direktoru Nəzifə Əliyeva çıxış edərək konsertin ərsəyə gəlməsində əməyi olan müəllimlərə, şagirdlərə və layihənin gerçəkləşməsinə tövhə verən hər kəsə öz  minnətdarlığını bildirib.

Baxış sayı: 23