Azərbaycan Milli Xalça Muzeyində rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Milli Xalça Muzeyi, Atatürk Mərkəzi, Yunus Əmrə İnstitutu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Bakı” Rəsm Qalereyasının dəstəyi ilə baş tutub.
Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un Baş katibinin müavini Seyid Yusif, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Milli Məclisin komitə sədri Fazil Mustafa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan, Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini Fikri Ataoğlu çıxış ediblər.
Çıxışlarda incəsənətin xalqların ortaq yaddaşı, ölkələr arasında mühüm mənəvi körpü və mədəni dialoqun möhkəmləndirilməsində əsas amil olduğu vurğulanıb. Qeyd edilib ki, Eldəniz Babayevin yaradıcılığı Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafına töhfə verir, ortaq tarixi dəyərlərin qorunmasını və Türk dünyasında əməkdaşlığın gücləndirilməsini təşviq edir.
Bədii hissədə Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblının ifasında Azərbaycan və Türkiyə rəqs nümunələri, Əməkdar artist İlkin Əhmədov "Qarabağ şikəstəsi", müğənni Nurlana Abdullayeva Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən mahnılarla çıxış ediblər.
Tədbirin davamında rəssamın həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Daha sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Rəssamın 55 illik yubileyi münasibətilə əlaqədar təşkil edilmiş sərgidə müxtəlif üslub və janrlarda yaradılmış 50-yə yaxın əsər nümayiş olunub.
Açılış tarixinin — 19 May - Atatürkü Anma, Gənclər və İdman Gününün seçilməsi Azərbaycanla Türkiyə arasında incəsənət dili ilə ifadə olunan tarixi, mədəni və mənəvi bağların sarsılmazlığını simvolizə edir.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, həmçinin Türk dünyasının tarixində və Azərbaycanla Türkiyə xalqlarının istiqlal mübarizəsində mühüm rol oynamış hərbi sərkərdələrin və şairlərin portretləri yer alıb.
Ekspozisiyada ötən il yaradılmış “Atatürk Milli Bankın işçilərini salamlayır” əsərinin eskizi də xüsusi yer tutur. Bununla yanaşı, Azərbaycan və Türkiyənin mədəniyyətini, adət-ənənələrini və gündəlik həyatını əks etdirən əsərlər nümayiş etdirilir.
Türk xalqları ilə macar xalqı arasındakı tarixi dostluq macar etnoqrafiyasına həsr olunmuş əsərlərdə, eləcə də Şandor Petöfinin portretində əks olunub.
Qeyd edək ki, sərgi iyunun 2-dək davam edəcək.










- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib