XƏBƏRLƏR
MƏLUMAT
G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2026 13:39

Bakı şəhər G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib

Tədbirdə mədəniyyət işçiləri, media nümayəndələri, Bakı musiqi və incəsənət məktəblərinin rəhbərləri və digər rəsmilər, qonaqlar iştirak ediblər.

Aparıcı Nərmin İsgəndərova konserti açıq elan edərək uşaqları təbrik edib, onlara səadət, şən həyat, xoşbəxt gələcək arzulayıb.

Baş İdarənin rəisi İbrahim Əliyev, məktəbin direktoru Vəfa Həziyeva çıxışlarında bildiriblər ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar cəmiyyətin gələcəyi hesab olunurlar və onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələri üçün müxtəlif qanunlar, proqramlar və sosial layihələr həyata keçirilir.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər

Baxış sayı: 18