XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbində hesabat konserti baş tutub
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2026 10:07

Bakı şəhəri Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, Bakı şəhər uşaq musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Aparıcı Günel Məlikovanın məktəbin yaranması və fəaliyyəti haqqında məruzəsindən sonra söz musiqiyə verilib.

Məktəbin istedadlı şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.

Sonda məktəbin direktoru Esab Əliyev çıxış edərək iştirakçılara uğurlar arzulayıb.

Baxış sayı: 17