XƏBƏRLƏR
MƏLUMAT
“Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/06/2026 23:47

Bakı şəhəri Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin Beynəlxalq Muğam Mərkəzində “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları, müəllimlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında məktəbin istedadlı şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla təqdim ediblər. Musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, hesabat konserti il ərzində məktəbdə aparılan tədris və yaradıcılıq fəaliyyətinin uğurlu nəticələrinin nümayişi olmaqla yanaşı, gənc ifaçıların musiqi bacarıqlarının və səhnə mədəniyyətinin təqdim edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edib.

Baxış sayı: 22