XƏBƏRLƏR
MƏLUMAT
Zirə qəsəbə Mədəniyyət Mərkəzində “Tarix yazan şəxsiyyət” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2023 03:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Tarix yazan şəxsiyyət” adlı konsert keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin  mənalı ömür yolu və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sonra Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, rəqslər təqdim olunub.

Baxış sayı: 277