XƏBƏRLƏR
MƏLUMAT
Zirə qəsəbə Mədəniyyət Mərkəzində görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/02/2025 11:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zirə qəsəbə Mədəniyyət Mərkəzində qəsəbə sakinlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə görüş keçirilib.

Açıq qapı formatında təşkil edilən görüşün qonaqları "Bu şəhərdə" teatrının aktyorları,  Əməkdar artistlər Rəfail İsgəndərov və Coşqun Rəhimov olub.

Görüşdə tanınmış aktyorlar həyat və fəaliyyətlərindən, konsert proqramlarından, görüləcək işlərindən, gələcək layihələrindən danışıblar.

Daha sonra sakinlər qonaqlara müxtəlif suallar ünvanlayıb və hədiyyələr təqdim ediblər.

Baxış sayı: 155