XƏBƏRLƏR
MƏLUMAT
Zirə qəsəbə Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün konsert proqramı təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
21/04/2025 09:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zirə qəsəbə Mədəniyyət Mərkəzinin,“El Yaradıcılıq Mərkəzi”nin, “NUR” Uşaq və Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Daun sindromlu uşaqlar üçün konsert proqramı təşkil edilib.

Konsertdə tanınmış müğənni Elnarə Xəlilovanın bir-birindən gözəl ifaları, animatorların rəngarəng çıxışları uşaqların sevincinə səbəb olub. Konsert boyu uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Uşaqlarda öz növbəsində bacarıqlarını nümayiş etdiriblər.

Baxış sayı: 42