XƏBƏRLƏR
MƏLUMAT
Zirə qəsəbə Mədəniyyət Mərkəzi Şəki rayonunda tədbir təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
06/10/2025 12:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zirə qəsəbə Mədəniyyət Mərkəzi Şəki rayonunda “Yağışı Sevməyən Uşaq” tamaşasını təqdim edib.

Tədbirin əsas məqsədi qazi və şəhid övladlarının asudə vaxtlarının səmərəli keçirilməsidir.

Mərkəzin “Empati” dram dərnəyinin təqdim etdiyi həm əyləndirici həm maarifləndirici tamaşa uşaqlar arasında böyük maraqla qarşılanıb.

Bu cür tədbirlər gənclərin emosional inkişafına, estetik zövqlərinin formalaşmasına və mədəni irsimizə olan maraqlarının güclənməsinə töhfə verir.

 

Baxış sayı: 41