XƏBƏRLƏR
MƏLUMAT
“Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2025 15:45

Noyabrın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, 233 nömrəli tam orta məktəbin müəllimi, şagirdlər və valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Zəfər tariximiz, ordumuzun igidliyi,xalqımızın birlik və mübarizə ruhu haqqında məlumat verilib.

Daha sonra  “Zəfər yolu” adlı mühazirə dinlənilib, əsgərlərimizin cəsarətindən və vətən sevgisindən danışılıb. Bədii hissədə şagirdlər vətənpərvərlik mövzusunda şeir kompozisiyası ilə çıxış ediblər. Tədbirdə həmçinin  igid əsgərlərimizin qəhrəmanlığından bəhs edən “Hadrut, sən azadsan” filmi nümayiş olunub.

Sonda iştirakçılar Mərkəzin ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Baxış sayı: 267