XƏBƏRLƏR
MƏLUMAT
“Zəfərimiz əbədidir!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2023 13:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərimiz əbədidir!” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanı haqqında məlumat verilib.

93 nömrəli tam orta məktəbin şagirdi Nuray Səlimova tədbirdə vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər söyləyib.

Sonda Zəfər Gününə və Şuşaya həsr olunmuş videoçarxlar nümayiş olunub.

Baxış sayı: 341