XƏBƏRLƏR
MƏLUMAT
“Zəfər tarixini yazan gənclərimiz” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2024 17:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Zəfər tarixini yazan gənclərimiz” adlı tədbir keçirilib.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar qeyd ediblər ki, 1997-ci ildən etibarən Ulu Öndərin Sərəncamı ilə 2 fevral-Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin bədii hissəsində Mərkəzin solistləri konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 205