XƏBƏRLƏR
MƏLUMAT
“Zəfər salnaməmiz” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/09/2025 14:43

Sentyabrın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər salnaməmiz” adlı tədbir keçirilib. 

Tədbirdə şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.

Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edənlər qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində qazilərimizin və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq xalqımızın qürur mənbəyidir. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm zəfər nəticəsində uzun illər işğal altında olan torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olunub. Bu tarixi qələbə xalqımızın dövlətçilik salnaməsinin ən şərəfli səhifələrindən biridir. Gənc nəslin üzərinə isə bu qəhrəmanlıq irsini layiqincə yaşatmaq, vətənə sədaqət və fədakarlıq nümunəsini gələcək nəsillərə ötürmək kimi böyük bir məsuliyyət düşür. 

Daha sonra çıxışçılar gəncləri maraqlandıran sualları cavablandırıb və döyüş xatirələrini bölüşüblər.

Sonda iştirakçılar Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin irsə dair ekspozisiya ilə tanış olublar.

 

 

 

Baxış sayı: 31