XƏBƏRLƏR
MƏLUMAT
"Zəfər günümüz, qürur günümüz" adlı şeir müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2025 11:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Zəfər günümüz, qürur günümüz" adlı şeir müsabiqəsi keçirilib.

Müsabiqədə Xəzər rayonu üzrə keçirilən seçimdə fərqlənən məktəblilər iştirak ediblər.

İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılğı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilib və 10 ballıq sistemlə qiymətləndirilib.

Münsiflər heyətinin tərkibi şairə Gülara Munis,şair Kamal Hüseynzadə, Zirə Mədəniyyət Mərkəzinin direktoru Röyal Cəbiyev və Binə Mədəniyyət Mərkəzinin direktoru Vaqif Əzizovdan ibarətdir.

Münsiflər heyətinin ümumi qərarına əsasən 218 nömrəli tam orta məktəbin şagirdi Salmanlı Nəzrin Samir qızı I yer, 149 nömrəli tam orta məktəbin şagirdi Kazımova Zəhra Binyət qızı II yer, 117 nömrəli tam orta məktəbin şagirdi İskəndərli Xatun Şahmurad qızı III yerə layiq görülüblər.

Təltifolunma mərasimində Xəzər rayon MKS-i tərəfindən qaliblərə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Baxış sayı: 34