XƏBƏRLƏR
MƏLUMAT
Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsi Almaniyanın ədəbiyyat portalında
ÜMÜMİ XƏBƏRLƏR
07/12/2023 14:28

Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayımına başlayıb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri - tanınmış filoloq-alim, tərcüməçi Vilayət Hacıyev, redaktoru Hans-Jürgen Maurerdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Schreiber Netzwerk” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

Baxış sayı: 167