XƏBƏRLƏR
MƏLUMAT
“Yol əhvalatı” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
09/07/2025 14:54

İyulun 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti Səyavuş Aslanın 90 illik yubileyi münasibətilə “Yol əhvalatı” filmi nümayiş olunub.

Tədbir iştirakçıları öncə Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin həyatının və ictimai – siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini əks etdirən eksponatlarla tanış olublar.

Sonra Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Daha sonra tədbir iştirakçıları “Yol əhvalatı” filmini izləyiblər.

Komediya janrında olan bu film 1980-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmdə Xalq artisti Səyavuş Aslan “Qurban” obrazını canlandırıb.

Baxış sayı: 56